Qəbələ"nin hücumçusu karyerasını paytaxt klubunda davam etdirəcək. Bölgə təmsilçisinin forvardı Elşad Tağıyev "Baku Sportinq"ə keçib.
Bu barədə Fanat.Az-a "Baku Sportinq"in məşqçisi Röyal Nəcəfov məlumat verib:
"Dörd-beş futbolçu ilə yolları ayırmışıq. "Qəbələ"nin hücumçusu Elşad Tağıyevi heyətə cəlb etmişik".

Qeyd edək ki, Tağıyev mövsümün geridə qalan hissəsində "qırmızı-qaralar"ın forması ilə 11 matça çıxıb. Bunlardan 9-u Premyer Liqa, 2-si Azərbaycan Kuboku çərçivəsində keçirilib. Kaxaber Tsxadadzenin cəmi 73 dəqiqə şans verdiyi futbolçu məhsuldar göstəricilərlə yadda qalmayıb.
Nihat