Bakı. Trend:
Ağ Evdə mümkün nüvə sınaqlarının keçirilməsi ilə bağlımüzakirələr davam edir.
Trend xəbər verirki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Ağ Evdə jurnalistlərəaçıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-nin hazırda bu cür sınaqlarınkeçirilməsi ilə bağlı konkret planı yoxdur.
“Nüvə sınaqlarının bərpası ilə bağlı dialoq davam edir. Bizimnüvə arsenalımız dünyadakı bütün rəqiblərimizin arsenalındanəhəmiyyətli dərəcədə daha üstün olmalıdır”, – deyə Rayt qeydedib.
Xatırladaq ki, hələ 2025-ci ilin noyabrında ABŞ PrezidentiDonald Tramp Vaşinqtonun “çox yaxında” nüvə sınaqları keçirəcəyinibəyan etmiş, Pentaqonun rəhbəri Pit Heqset isə ABŞ-nin nüvəsilahını digər dövlətlərlə eyni səviyyədə sınaqdan keçirəcəyinibildirmişdi.