Türkiyədə artıq qız atalarının elçilik mərasimində oğlanlardan narkotik testi tələb etdikləri bildirilir. Məlumata görə, son bir neçə ildə bu məsələ adət halını alıb.
Belə tələbləri zəruri edən amillər nələrdir? Azərbaycanda da oxşar vəziyyət yaşana bilərmi?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlı deyib ki, bu, haqlı və ədalətli tələbdir:
“Çünki hər bir valideyn əziyyətlə övlad böyüdür və onun xoşbəxt, sağlam ailə qurmasını arzulayır. Son dövrlər müşahidə olunan mənəvi aşınma bir çox ölkələrdə gənclərin narkomaniyaya, kriminal fəaliyyətlərə və digər zərərli vərdişlərə meyil etməsini sürətləndirib. Bu hallar isə yalnız bir şəxsin deyil, eyni zamanda onun həyat yoldaşının da həyatını məhv edir, ailə mühitini dözülməz vəziyyətə salır. Bu baxımdan valideynlərin əvvəlcədən vəziyyəti aydınlaşdırmaq, riskləri azaltmaq üçün müəyyən tələblər və araşdırmalar aparması tamamilə normaldır. Burada mənfi heç nə yoxdur. Əgər qarşı tərəf sağlam həyat tərzi sürürsə, bu cür yoxlamalardan çəkinməsinə heç bir əsas yoxdur. Əksinə, asılılıq və ya ciddi problem mövcuddursa, bunun gizlədilməsi başqasının həyatını bədbəxt etməyə haqq qazandırmır”.
Ekspert bildirib ki, bu yanaşma təkcə narkomaniya ilə məhdudlaşmamalıdır: