Bakı. Trend:
Cənubi Koreyada sürət magistralında təxminən 30 avtomobiliniştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı dörd nəfərhəlak olub.
Trend yerli “YTNNews” telekanalına istinadən xəbər verir ki, ilkin məlumata görə,qəzaya yük avtomobili səbəb olub. Sürücü hələlik məlum olmayansəbəbdən idarəetməni itirərək nəqliyyat vasitəsini yolunkənarındakı maneəyə çırpıb.
Bundan sonra həmin yol sahəsində 30-a yaxın avtomobilintoqquşması baş verib. Hadisə nəticəsində azı dörd nəfər həyatınıitirib, ölənlərin sayının artacağı istisna edilmir.
Yol-nəqliyyat hadisəsi səbəbindən magistralda uzun tıxacyaranıb.
Hazırda hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşlarıçalışır, qəzanın təfərrüatları araşdırılır.