
ABŞ prezidenti Donald Tramp Venesuelanın neft sənayesinə investisiyalar üçün ən azı 100 milyard dollar tələb etsə də, Ağ Evdə keçirilən görüşdə bu çağırış müsbət qarşılanmayıb.Ulusum.az xəbər verir ki, görüşdə iştirak edən ABŞ-ın aparıcı enerji şirkətlərinin rəhbərləri Venesuelanın zəngin neft ehtiyatlarına malik olduğunu etiraf etsələr də, ölkədə mövcud olan siyasi və iqtisadi vəziyyətin onu real investisiya məkanı kimi qeyri-mümkün etdiyini bildiriblər.Şirkət rəhbərləri Venesuelada investisiya mühitinin formalaşması üçün ciddi struktur, institusional və siyasi islahatlara ehtiyac olduğunu vurğulayıb. Görüş zamanı dərhal heç bir böyük maliyyə öhdəliyi götürülməyib.Buna baxmayaraq, Tramp ABŞ qüvvələrinin 3 yanvar tarixli əməliyyatından sonra ölkə lideri "Nikolas Maduro"nun ələ keçirildiyini iddia edib və Venesuelanın neft ehtiyatlarının ABŞ-ın nəzarəti altında istismara açılacağını bəyan edib.Ulusum.az R.Daşdəmirova
Diqqət Çəkənlər
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin edilib
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO