Bakı. Trend:
ABŞ hökuməti müvəqqəti Venesuela hökuməti ilə əməkdaşlıqçərçivəsində daha bir neft tankerini saxlayıb.
Trend xəbər verirki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosialşəbəkəsində məlumat verib.
Tramp bildirib ki, ABŞ müvəqqəti Venesuela hökuməti iləkoordinasiyalı şəkildə, Vaşinqtonun icazəsi olmadan Venesuelanıtərk edən neft tankerini saxlayıb.
“Bu gün ABŞ müvəqqəti Venesuela hökuməti ilə koordinasiyalışəkildə bizim icazəmiz olmadan Venesuelanı tərk edən bir nefttankerini saxlayıb. Tanker hazırda Venesuelaya qaytarılır və neftbu cür satışlar üçün hazırladığımız böyük enerji müqaviləsiçərçivəsində satılacaq”, – deyə Tramp qeyd edib.