ain.az bildirir, Oxu.az portalına istinadən.
2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində yayımlanacaq "iOS 27" yeniləməsinə 19 yeni emoji əlavə olunacaq.
Oxu.Az bu barədə "MacRumors" nəşrinə istinadən xəbər verir.
Emoji namizədlər siyahısı "Unicode" Konsorsiumu tərəfindən təqdim edilib və ora aşağıdakı simvollar daxildir: gözlərini qıyaraq baxan üz, sola və sağa yönəlmiş baş barmaq, xiyar, mayak, meteor və s. Bundan əlavə, mövcud ümumi kəpənək emojisinə alternativ olaraq monarx kəpənəyi üçün ayrıca simvolun əlavə edilməsi də təklif olunur.
Emojilərin yekun siyahısı 2026-cı ilin sentyabrında təsdiqlənəcək. Bundan sonra "Apple" dizaynerləri bu emojilərin şirkətin özünəməxsus üslubunda hazırlanmış versiyalarını yaradacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.