Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
La Liqa prezidenti Xavyer Tebas fikrini dəyişib.
İdman.Biz bildirir ki, Tebas indi Səudiyyə Ərəbistanını İspaniya Superkuboku üçün uyğun məkan hesab edir.
“Superkubokun İspaniyadan köçürülməsini tənqid etmədim; bunun yaxşı bir fikir olduğunu düşündüm. Dedim ki, bəlkə də Səudiyyə Ərəbistanı uyğun ölkə deyil, amma... Bir neçə dəfə səfər etdikdən sonra düşünürəm ki, ora çox uyğun bir yerdir.
O vaxt tənqidi yanaşırdım. Düşünürdüm ki, bu, düzgün ölkə deyil, amma fikrimi dəyişdim. Ora çox uyğun bir ölkədir”, - Tebas deyib.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.