AZ

KXDR Cənubi Koreyaya məxsus kəşfiyyat PUA-sını öz ərazisində ələ keçirib

Bakı. Trend:

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hava hücumundanmüdafiə bölmələri Cənub tərəfdən dövlətlərarası sərhədi keçənCənubi Koreyaya məxsus kəşfiyyat pilotsuz uçuş aparatını izləyərəkŞimali Koreya ərazisi üzərində ələ keçiriblər.

Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi TeleqrafAgentliyi tərəfindən yayımlanan Koreya Xalq Ordusu Baş Qərargahnümayəndəsinin bəyanatında bildirilib.

Məlumata görə, hadisə yanvarın 4-də baş verib. KXDR-in HHMbölmələri Cənubdan sərhədi keçən hava hədəfini aşkar edib, onuizləyib və radioelektron mübarizə vasitələrindən istifadə edərəkpilotsuz uçuş aparatını öz ərazisində endiriblər.

Baş Qərargah nümayəndəsi PUA-da müşahidə avadanlıqlarınınquraşdırıldığını qeyd edib. Qalıqların təhlili nəticəsində məlumolub ki, aparat üç saatlıq uçuş üçün proqramlaşdırılıb və bu müddətərzində KXDR-in mühüm obyektlərini çəkmiş olmalı idi.

Bildirilib ki, pilotsuz uçuş aparatının kameralarında KXDRərazisi üzərində çəkilmiş, təxminən yeddi dəqiqəlik videoyazılaraşkar edilib.

“Bu videomateriallar sözügedən pilotsuz uçuş aparatının müşahidəvə kəşfiyyat məqsədilə respublikamızın hava məkanını pozduğunu açıqşəkildə sübut edir”, – deyə Baş Qərargah nümayəndəsi bildirib vəvurğulayıb ki, Seulda hakimiyyət dəyişikliyindən bir il keçməsinəbaxmayaraq, sərhəddə Cənubi Koreyanın təxribatları davam edir.

Seçilən
69
az.trend.az

1Mənbələr