AZ

"İranı vurarıq” – Ağ Evdən Tehrana açıq mesaj

ABŞ Prezidenti Donald Trump İranda baş verən etirazlar və ölkədəki mövcud vəziyyətlə bağlı dünya gündəmini silkələyən açıqlamalar verib.

AzNews.az beynəlxalq mediaya istinadən xəbər verir ki, Trump İranda vəziyyətin son dərəcə gərgin və proseslərin rəsmi Tehranın nəzarətindən çıxmaq üzrə olduğunu bildirib. Onun sözlərinə görə, İran cəmiyyəti artıq müəyyən məsələlərdə təşəbbüsü öz əlinə almağa başlayıb:

“İran çox böyük bir problem yaşayır. İnsanlar sanki bəzi şeylərin idarəsini ələ keçirib. Bir neçə həftə əvvəl bu, mümkün görünmürdü. Hazırda vəziyyəti çox yaxından izləyirik.”

ABŞ Prezidenti İran hakimiyyətini etirazçılara qarşı zorakılıqdan çəkinməyə çağıraraq açıq hərbi təhdid də səsləndirib:

“Əgər İran rəhbərliyi etirazçılara atəş açmağa başlasa, biz də başlayarıq. Lazım gələrsə, İranı vurarıq. Bu, İranın içinə girmək demək deyil, amma vurmaq demək ola bilər.”

Trump qeyd edib ki, ABŞ keçmişdə də oxşar situasiyalarda müdaxilə edib və Tehranın ən həssas nöqtələrindən zərbə vurmaq imkanına malikdir:

Seçilən
22
aznews.az

1Mənbələr