AZ

“Yenidən qismət olsa, millimizin ayaqda qalması üçün əlimdən gələni edəcəm”

“Danışmaq və müqayisə etmək düzgün olmaz”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov deyib.

Ölkəmizdə Ayxan Abbasov, Samir Abasov, Rəşad Sadıqov kimi yerli məşqçilərlə işləmiş dağıstanlı kiper “Saşa İliçi onlardan fərqləndirən xüsusi nəsə varmı” sualına cavabında belə söyləyib:

“Hər məşqçi özünəməxsus şəkildə yaxşı idi və mən hər birindən yeni bir şey öyrəndim və özüm də onu mənimsəməyə çalışdım.

Təbii ki, milliyə çağırılmaq klubunda nə qədər yaxşı oynadığına görə bonusdur. Daha yaxşı bir şey yoxdur.

Əgər yenidən ora çağırılmaq qismət olsa, millimizin ayaqda qalması üçün əlimdən gələni edəcəm”.

Seçilən
57
sportinfo.az

1Mənbələr