Venesuelada hərbi əməliyyatdan əvvəl ABŞ Maduroya dünyanın istənilən yerinə getmək imkanı təklif edib.
Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə verdiyi müsahibədə bildirib.
"Bildiyimiz qədəri ilə ABŞ Maduroya dünyanın istənilən yerinə getmək imkanı təklif etmişdi. Əks halda, onu hərbi əməliyyat barədə xəbərdar etdilər. Biz Madurodan və ya başqa bir ölkədən belə tələb almamışıq", - Türkiyə xarici işlər naziri qeyd edib.