Fransanın PSJ klubu Braziliyanın “Palmeyras” komandasında çıxış edən yarımmüdafiəçi Luis Paçeko ilə yaxından maraqlanır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "ESPN" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 17 yaşlı futbolçu “Palmeyras”ın gənclər komandasının heyətindən Kopinya turniri üçün kənarlaşdırılıb. Buna səbəb futbolçunun əsas komandanın oyunlarına mərhələli şəkildə cəlb olunmasının planlaşdırılmasıdır.
Universallığı ilə seçilən Paçeko həm mərkəz yarımmüdafiəçisi, həm də dayaq yarımmüdafiəçisi mövqeyində oynaya bilir. O, Braziliyanın U-17 millisinin heyətində də çıxış edib və beynəlxalq arenada soyuqqanlılığı, eləcə də yüksək texniki bacarıqları ilə diqqət çəkib.
Luis Paçekonun “Palmeyras”la mövcud müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Gənc futbolçu ötən mövsüm ölkə çempionatında əsas komandanın heyətində iki oyunda meydana çıxıb və ümumilikdə 16 dəqiqə oynayıb.