AZ

Azercell abunəçilərinin nəzərinə

Rouminq internet paketlərində yenilik!

Göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 23 dekabr 2025-ci il tarixdən etibarən "Azercell Telekom" MMC daha sərfəli və abunəçilərin istifadə tələblərinə uyğun yenilənmiş rouminq internet paketlərini istifadəyə təqdim edir. 

Yeni rouminq internet paketləri

İnternet həcmi

İstifadə müddəti

Qiymət (AZN, ƏDV daxil)

500 MB

3 gün

10

2 GB

10 gün

25

5 GB

30 gün

50

10 GB

30 gün

75

10 fevral 2026-cı il tarixdən etibarən, yuxarıda sadalananlardan başqa digər rouminq internet paketlərinə yeni qoşulmalar dayandırılacaq. Eyni zamanda 10 GB rouminq internet paketi çərçivəsində təqdim olunan limitsiz "WhatsApp" yazışma imkanı ləğv olunacaq.

Qeyd: Abunəçilər rouminq xidməti, tarifləri, həmçinin  rouminqdə internet paketlərin sifarişi və istifadə şərtləri, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər. Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 - şəhər telefonundan, 6050 - mobil telefondan (1 zəng - 0,1 AZN) Bazar ertəsi - Cümə, 09:00 - 18:00) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.

Seçilən
48
azerbaijan-news.az

1Mənbələr