AZ

Bad Bunny dən 16 milyon dollar tələb olunur

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Taynali Serrano Rivera adlı gənc qadın musiqiçi məşhur reper "Bad Bunny"ni məhkəməyə verib.

Axşam.az xəbər verir ki, bu barədə "Rolling Stone" məlumat yayıb. O, səsinin icazəsiz şəkildə istifadə edildiyini iddia edərək 16 milyon dollar təzminat tələb edib.

Riveranın sözlərinə görə, "Bad Bunny"nin “Solo de Mi” və “EoO” adlı mahnılarında onun səsləndirdiyi “Mira, puñeta, no me quiten el perreo” ifadəsi yer alıb. İspan dilində olan bu ifadə “Bax, lənət, məndən perreonu (reggeton üslubunda rəqs) alma” kimi tərcümə olunur.

İddiaçı bildirir ki, həmin ifadəni 2018-ci ildə "Bad Bunny"nin uzunmüddətli prodüseri Roberto Rosadonun xahişi ilə səsləndirib. Həmin vaxt Taynali və Rosado Aresibo şəhərində yerləşən Interamerikan Universitetində birgə təhsil alıblar.

Serrano Riveranın sözlərinə görə, ona bu səs yazısının kommersiya məqsədləri üçün istifadə oluna biləcəyi barədə məlumat verilməyib. O vurğulayıb ki, heç bir müqavilə imzalamayıb və səsinin mahnılara daxil edilməsinə razılıq verməyib.

Rivera hesab edir ki, səsyazma şirkəti "Rimas Entertainment", Roberto Rosado və "Bad Bunny" onun şəxsi həyatın toxunulmazlığı hüququnu pozduqlarına görə kompensasiya ödəməlidirlər.

İddia ərizəsində qeyd olunur ki, sözügedən ifadə zamanla məşhurlaşıb və artıq "Bad Bunny" ilə assosiasiya olunur. Riveranın iddiasına görə, musiqiçi bu ifadəni konsertlərində səsləndirir və merch (atributika) satışında istifadə edir.

Cavabdeh tərəflərin nümayəndələri hələlik Riveranın iddialarına münasibət bildirməyiblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
2
axsam.az

3Mənbələr