AZ

Dembele PSJ ilə 30 milyon avroluq yeni müqaviləni rədd etdi

PSJ-nin cinah oyunçusu Usman Dembeleyə ildə 30 milyon avro dəyərində yeni müqavilə təklif olunub. Lakin bu təklif rədd edilib.

İdman.Biz Footmercato-ya istinadla xəbər verir ki, 2025-ci il “Qızıl top” mükafatının sahibinin ətrafı komandadan bundan ikiqat artıq məbləğ tələb edib.

Mənbənin məlumatına görə, tərəflər hazırda 2028-ci ilin yayında başa çatacaq müqaviləni uzatmaqdan uzaqdırlar.
28 yaşlı hücumçu 2023-cü ilin yayından bəri PSJ-də oynayır. Bu müddət ərzində Dembele bütün yarışlarda 111 oyunda meydana çıxıb, 47 qol vurub və 34 məhsuldar ötürmə edib.

Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 100 milyon avrodur.

İdman.Biz
Seçilən
57
idman.biz

1Mənbələr