AZ

İran telekanallarının "Sarı gəlin" təxribatı cavabsız qalmadı

Bu günlərdə İran İslam Respublikasının televiziya kanalında müğənni və bəstəkar Araz Torosyan (Araz Dare) Azərbaycan xalq mahnısı “Sarı gəlin”i erməni və fars dillərində ifa edib.

Əqli Mülkiyyət Agentliyindən verilən xəbərə görə, İranın bır sıra internet saytları ifa edilən Azərbaycan xalq mahnısı “Sarı gəlin”i erməni mahnısı kimi təqdim edib.

Bildirilib ki, Araz Torosyan “Sari gəlin” mahnısını özünün Youtube kanalında da “Sari Aghjik” erməni folklor mahnısı kimi paylaşıb.

Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi bəyan edib ki, “Sarı gəlin” xalq mahnısı Azərbaycan türklərinə məxsusdur.

"Agentliyin eksperti bəstəkar Cavanşir Quliyevin rəyinə görə, “Sarı gəlin” mahnısı “Şur” məqamında yazılıb. “Şur” məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə “Sarı gəlin” uzun havadır. “Uzun hava” türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını “Şur” muğamının “Şur-Şahnaz” şöbəsinə edilən modulyasiya icra edir. “Şur-Şahnaz” ancaq Azərbaycanda təşəkkül tapmış “Şur” dəsgahının əsas şöbələrindən biridir.

Seçilən
73
aznews.az

1Mənbələr