Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Moskvada son 1 ildə şəxsi avtomobillərin sayı 10 min ədəd azalıb.
Avtosfer.az xəbər verir ki, söhbət əhalinin azalmasından deyil, avtomobil sahibi olanların azalmasından gedir. 2019-cu ildən indiyədək azalma isə təxminən 270 min ədəd təşkil edir.
Azalmanın səbəbi nə sanksiyalardır, nə da Avropa brendlərinin ölkəni tərk etməsi. Sadəcə olaraq, əhalinin gündəlik hərəkətinin 70 faizi ictimai nəqliyyatla reallaşır. Şəhər rəhbərliyi də 3 milyon avtomobil üçün Moskvanın çox dar olduğu qənaətindədir. Bunu nəzərə alaraq nəqliyyat şəbəkəsi, xüsusən də metro daim genişləndirilir.
Şəxsi avtomobil sayının azalmasının bir səbəbi də cərimələrin artırılmasıdır. Hətta yanvarın birindən geniş yayılmış qayda pozuntularına görə cərimələr 2 dəfə artırılır.
Lakin regionlarda və digər şəhərlərdə maşın sayı artır.
Vüqar

Oxunub 38
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.