AZ

5 milyona aldığı Pokemon kartını hərracda satacaq

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Amerikalı yutuber və güləşçi Loqan Pol indiyədək aldığı ən bahalı "Pokemon" kartını hərraca çıxarıb.

Axşam.az xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı"nın rəsmi saytı məlumat yayıb.

Söhbət 1998-ci ildə keçirilən illüstrasiya müsabiqəsinin qaliblərinə təqdim olunan və cəmi 39 nüsxəsi olan "Pikachu İllustrator" kartından gedir. Pola məxsus kart vəziyyətinə görə ən yüksək qiymətləndirmə olan **PSA 10** almış yeganə nüsxədir.

Loqan Pol kartı 2022-ci ildə Dubayda kolleksiyaçı Marvin Dabsi ilə sövdələşmə nəticəsində əldə edib. O, "PSA 9" dəyərində 1,275 milyon dollarlıq kartı verib və üzərinə 4 milyon dollar əlavə edib. Bu razılaşma "Pokemon" kartları üzrə ən bahalı özəl satış kimi tarixə düşüb.

Pol kart üçün ümumilikdə 5,275 milyon dollar ödəməsini "Pokemon" bazarının son 20 ildə fond bazarını 3000% üstələməsi ilə izah edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
axsam.az

1Mənbələr