“Sabah” Umarali Raxmonaliyevin ardından daha bir futbolçunun transfer hüququna yiyələnib. “Lill”dən icarəyə götürülən futbolçu Aron Maluda artıq “bayquşlar”dan biridi. Onunla 4 illik müqavilə bağlanıb.
“Turan Tovuz”la oyundan sonra soruşmuşdum, sözündən deyil, gözündən hiss etmişdim ki, “Sabah”ı çox bəyənib. İş bitirildi. Çox ağır görünən transferi “Sabah” həll etməyi bacardı. Qaldı Puxaçla Simiç. Qışda bu transferlər də həll olunsa, əla!
Maludanın 19 yaşı var. Texnika, istedad, bacarıq - hər şey var. Həqiqətən baxan kimi bilinir ki, atasının oğludu.
“Sabah”a isə öncə əhsən, sonra xeyirli olsun! Bu transferə görə gələcəkdə yaxşı pullar qazanacaqlar.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta