AZ

Vaxt bitdi, döyüş başladı Hələb bombalanır

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Suriya hökumətinin YPG terror təşkilatı üzvlərinin Hələbi tərk etmələri üçün 3-cü dəfə verdiyi vaxtda xeyli kürd silahlısı bölgəini tərk etsə də, böyük hissə təslim olmaqdan imtina edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriya hökumətinin Bakı vaxtı ilə saat 17.00-19.00 aralığında təhlükəsiz dəhliz yaradaraq, oradan YPG-lilərin Fərat çayının şərqinə çəkilmələri üçün avtobuslar ayırması da nəticəsiz bitib.

Məlumata görə, bu səbəbdən təxminən yarımsaat əvvəl Suriya ordusu YPG silahlılarının mövqelərinə çox ağır zərbələər endirməyə başlayıb.

Bölgədən canlı yayımlanan xəbərlərdən aydın görünür ki, xüsusən Hələbin Şeyx Maksud bölgəsində nəhəng partlayışlar eçşidilir: "Partlayışdan sonra alovlar çox uzaqdan görünür..."

Firudin Səfərli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
mia.az

1Mənbələr