AZ

"Qızımın 20 yaşı var, hələ də sosial şəbəkəyə girməyə qoymuram"

"Yeni seriallara dəvət alıram, çəkilmirəm. Çünki teatr səviyyədir. Serialda aktyor truppası, rejissor işi, maddiyat və mənəviyyat güclü olmalıdır. Bir-iki istedadlı seçirlər, qalanı yox. Bütün aktyor heyəti güclü olmalıdır. Bir dəfə çəkilmək üçün razılıq verdim. Amma çəkiləndə gördüm ki, tərəf müqabilim, aktyor truppası... Adını çəkməyəcəyəm, çəkilsəm deyərdim. Seriallara ciddi yanaşmaq lazımdır".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Künc-bucaq" yutub layihəsində deyib. Aktrisa təklif aldığı serialdan ilk bölümdə imtina etdiyini bildirib. O qeyd edib ki, çəkiliş zamanı aktyor heyətini bəyənməyib.

Aktrisa çox qonorar istəməsi haqda söhbətlərə aydınlıq gətirib:

"İllərdir bu sənətdə yol gəlirəmsə, zəhmətimin bəhrəsini görməliyəm. Amma görsəm rejissor işi, aktyor heyəti yaxşıdır, çəkilərəm. Heç qonorar danışmaram. Amma çəkilirəmsə, zəhmətimin bəhrəsi ödənilməlidir".

M.Əsədova qızı Gülərdən söz açıb. O bildirib ki, övladının aktrisa olmasını istəmir:

Seçilən
50
7
publika.az

9Mənbələr