Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp fevralın ilk həftəsində kolumbiyalı həmkarı Qustavo Petro ilə Ağ Evdə bir araya gələcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” hesabında bildirib.
O, tərəflər arasında münasibətlərin müsbət məcrada inkişaf edəcəyinə əminliyini ifadə etsə də, Kolumbiyadan ABŞ-yə narkotik daşınmasının dayandırılmasını əsas şərt kimi irəli sürüb:
“Bu görüş hər iki ölkə üçün böyük uğur olacaq, lakin kokainin ABŞ-yə daxil olmasına icazə verilməməlidir”.
Qeyd edək ki, bundan öncə ABŞ-nin Venesuelada keçirdiyi əməliyyatla Nikolas Maduronu ələ keçirməsindən sonra Qustavo Petro Trampın təhdidlərinə qarşı ölkəsini müdafiə etmək üçün silaha sarılmağa hazır olduğunu bəyan etmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.