Tərtərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb. Belə ki hərəkətdə olan "VAZ 2107" markalı minik maşını ilə traktor toqquşub. Qəza zamanı "VAZ 2107" sürücüsü Tərtər Rayon Polis Şöbəsinin polis serjantı 1977-ci il təvəllüdlü E.M aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov