AZ

Mükafatlar ödənilmədi, yığma 1/4 final mərhələsindəki matça çıxmaqdan imtina etdi - - maliyyə naziri açıqlama verdi

Nigeriyanın maliyyə naziri Doris Uzoka-Anite Nigeriya millisinin futbolçuları və məşqçilərinin onlara çatmalı olan bonusları tezliklə alacağını bildirib.

Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, komanda üzvlərinə Afrika Kuboku üçün mükafatlar ödənilmədiyi üçün milli komanda məşqlərdən və şənbə günü keçirilməli olan 1/4 final mərhələsində Əlcəzairə qarşı oyuna getməkdən imtina edib.

Maliyyə Nazirliyinin nümayəndəsi problemin demək olar ki, həll olunduğunu, gecikmənin isə “xarici valyuta əməliyyatlarının icrası” ilə bağlı olduğunu açıqlayıb.

"Federal hökumət və Nigeriya Mərkəzi Bankı xarici valyuta əməliyyatlarının icrası prosesini uğurla optimallaşdırıb ki, futbolçularımız mükafatlarını əlavə gecikmə olmadan alsınlar. Gələcəkdə ödənişlərin beynəlxalq ən yaxşı təcrübələrə uyğun olaraq daha sürətli və proqnozlaşdırıla bilən şəkildə həyata keçirilməsi üçün proses tam sadələşdiriləcək.

Biz komandanın rifahını dəstəkləməyə tam diqqət yetiririk ki, pley-off mərhələsində də möhtəşəm formasını qorusun. Biz tək bir məqsədlə irəliləyirik, kuboku vətənə gətirmək!" – deyə Uzoka-Anite dünən yazıb və vəsaitlərin bir sutka ərzində köçürülməyə başlanacağını qeyd edib.

saytlarin hazirlanmasi

Seçilən
24
1
sportal.az

2Mənbələr