AZ

ABŞ ordusu daha bir neft tankerini ələ keçirdi

ABŞ ordusu Karib dənizində üzən daha bir neft tankerini ələ keçirib. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı açıqlama verib. Açıqlamada deyilir ki, qüvvələr Karib dənizində "Olina" neft tankerini insidentsiz ələ keçirib. Bəyanatda qeyd olunur ki, bu cür əməliyyatlar ABŞ Hərbi Dəniz Qüvvələrinin birgə qüvvələri tərəfindən dəstəklənir və Qərb yarımkürəsində təhlükəsizlik bərpa olunana qədər davam edəcək. Bəyanatda paylaşılan videoda ABŞ əsgərlərinin gəmiyə vertolyotla eniş edib axtarış apardığı müşahidə edilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ Atlantik okeanında, Rusiyada qeydiyyatdan keçmiş "Bella 1" neft tankerini və Karib dənizində daha bir gəmini ələ keçirdiyini açıqlayıb.

Seçilən
39
metbuat.az

1Mənbələr