Türkiyənin milli təhlükəsizliyini birbaşa narahat edən Egey, Aralıq dənizi və sərhədyanı terrorizmlə mübarizə məsələləri gündəmdə qalır.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT Haber”ə deyib.
Regional məsələlərdən danışan nazir, Prezident Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü "ədalətli və davamlı sülh" prinsipi çərçivəsində hərəkət etdiklərini xatırladaraq, Rusiya-Ukrayna müharibəsində, Qafqazdakı vəziyyətdə və Suriya məsələsində gərginliyi azaltmaq üçün intensiv səylər göstərdiklərini bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”