İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək İrana müdaxilə etməyə çağırıb.
“İki sahil” xəbər verir ki, o, müraciətini “X”də paylaşıb.
Müraciətində zamanın çox vacib olduğunu bildirən R.Pəhləvi qeyd edib ki, xalq bir saatdan sonra yenidən küçələrə çıxacaq. “Sizdən kömək etməyinizi xahiş edirəm. İran xalqına kömək etmək üçün müdaxilə etməyə hazır olun”.
Mr. President, this is an urgent and immediate call for your attention, support, and action. Last night you saw the millions of brave Iranians in the streets facing down live bullets. Today, they are facing not just bullets but a total communications blackout. No Internet. No…
— Reza Pahlavi (@PahlaviReza) January 9, 2026
Məhərrəm Ağalaroğlu, “İki sahil”