AZ

“Rəqiblərimizin transfer dönəmində nə etdikləri bizi maraqlandırmır” – “Sabah”ın baş məşqçisi

“Yanvarın 5-dən təlim-məşq toplanışına start vermişik. Üç həftəlik proqramda bu, artıq üçüncü məşqmizdir. Plan üzrə 4-cü və 5-ci məşqlərimizi keçirəcəyik. Hazırlığı ölkəxaricində keçirməklə Bakıda toplanmaq arasında fərq görmürəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandasının qış təlim-məşq toplanışı barədə danışarkən deyib.

O, daha sonra belə davam edib:

“Əsas  odur ki, zədəli futbolçular yenidən heyətə qoşulub. Demək olar ki, itkilərimiz yoxdur. “Şamaxı” ilə oyundan sonra daha bir matç keçirib yeni ildəki ilk rəsmi görüşümüzə hazırlaşacağıq. Bizi bundan sonra kəskin rəqabət, maraqlı oyunlar gözləyir”.

Təcrübəli mütəxəssis “Sabah”ın qışda transfer edib-etməyəcəyi barədə də danışıb:

“Rəqiblərimizin transfer dönəmində nə etdikləri bizi maraqlandırmır. Yalnız özümüzü düşünürük, transfer çalışmalarımız davam edir. Oyun sistemimizə uyğun keyfiyyətli futbolçular tapsaq, onları komandada  görmək istəyərik. Mövsümün ilk yarısında oynamayan və ya az forma şansı qazanan futbolçuları daha çox yoxlamaq istəyirik”.

Seçilən
22
idmanxeber.az

1Mənbələr