AZ

Gədəbəyə minik avtomobili yük avtomobilinə çırpılıb, 1 nəfər ölüb

Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun girişində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili yolun kənarında dayanan “Kamaz” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sərnişini 1969-cu il təvəllüdlü S. Məmmədova hadisə yerində ölüb.

Avtomobilin sürücü, Gədəbəy rayon sakini, 1991-ci il təvəllüdlü F. Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
22
4
apa.az

6Mənbələr