İstanbul Ağır Cinayətlər Məhkəməsi İstanbul meri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Ekrem İmamoğlu barədə yeni qərar verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.
Məhkəmə İmamoğlu haqqında qurduğu cinayətkar təşkilat ilə korrupsiyaya yol verdiyi iddiası ilə bağlı işi yenidən nəzərdən keçirib.
İşi dəyərləndirən məhkəmə İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri barəsində seçilmiş həbs qətimkan tədbirinin davam etməsinə dair hökm çıxarıb./Oxu.az
Telegram kanalımız