AZ

“Apple” sentyabr ayında ilk qatlanan smartfonunu təqdim edə bilər


Amerikanın “Apple” şirkəti sentyabr ayında ilk qatlanan ekranlı smartfonunu təqdim edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Chungang Ilbo” qəzeti mənbələrə istinadən məlumat verib.
Qəzetin məlumatına görə, “Samsung Display” şirkəti bu forma faktorlu “Apple” smartfonları üçün displeylərin istehsalına may ayında yeganə təchizatçı kimi başlayacaq.
“Əsas buraxılış cədvəli sentyabr ayında baş tutmasını nəzərdə tutur, lakin belə bir smartfonun buraxılışının daha gec tarixə təxirə salınma ehtimalı var. Qatlanan modelin ilk partiyası üçün təxminən 9 milyon panel tədarük ediləcək”, - mənbə qəzetə bildirib.
Seçilən
39
1
yeniavaz.com

2Mənbələr