AZ

Lamin Yamal La Liqada ayın oyunçusu seçilib

“Barselona”nın sağ cinah hücumçusu Lamin Yamal İspaniya La Liqasında dekabr ayının ən yaxşı futbolçusu adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Kataloniya klubu rəsmi “X” (keçmiş Twitter) hesabı vasitəsilə məlumat yayıb.

İspaniyalı futbolçu bu mükafatı ardıcıl ikinci dəfə qazanıb. O, daha əvvəl noyabr ayında da La Liqanın ən yaxşı oyunçusu seçilmişdi.

Geridə qalan ay ərzində “Barselona” çempionat çərçivəsində keçirdiyi beş oyunun hamısında qələbə qazanıb. Katalonlar Madrid “Atletiko”sunu 3:1, “Betis”i 5:3, “Osasuna”nı 2:0, “Vilyarreal”ı 2:0 və “Espanyol”u 2:0 hesabı ilə məğlub ediblər. Həmin görüşlərdə Lamin Yamal iki qolla yadda qalıb.

Qeyd edək ki, sentyabr və oktyabr aylarında La Liqada ayın futbolçusu mükafatına Madrid “Real”ının hücumçusu Kilian Mbappe layiq görülmüşdü.

Cari mövsümdə Lamin Yamal “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 22 oyuna çıxıb və 9 qol, 9 məhsuldar ötürmə ilə aktivinə 18 xal (“qol+pas”) yazdırıb.

Seçilən
18
90deqiqe.az

1Mənbələr