AZ

Almaz Mahmud: Prezidentin ana dili ilə bağlı mesajı SOS siqnalıdır

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmud Teleqraf-ın suallarını cavablandırıb.

- Almaz xanım, sabahdan Teleradio Akademiyasında mediada dil mədəniyyətinin yüksəldilməsinə həsr olunmuş təlimlərə start verilir. Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində ana dilimizin yetərincə qorunmaması ilə bağlı narahatlığını dilə gətirməsi fonunda bu təlimlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Xatırlayırsınızsa, ötən ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Prezident İlham Əliyev Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı cəmiyyətə mesaj verdi. Həmin çıxışdan sonra media nümayəndələri üçün belə təlimi təşkil etməyi qərara aldıq. Dövlət başçısının dilimizlə bağlı ikinci çıxışı bu məsələni daha da gücləndirdi və təlimin keçirilməsini şərtləndirdi.

Media təkcə informasiyanı ötürən vasitə deyil, eyni zamanda ictimai düşüncənin, mədəni davranışın və dil vərdişlərinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan mediada Azərbaycan ədəbi dilinin normalarına riayət olunması, fikrin aydın, etik şəkildə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Bu təlimlərin də əsas məqsədi mediada dilin keyfiyyətinin artırılması, gənc media nümayəndələrinin peşəkar nitq bacarıqlarının inkişaf etdirilməsi və ictimaiyyətə təqdim olunan məzmunun daha səlis, anlaşılan və mədəni formada çatdırılmasına töhfə verməkdir.

Seçilən
31
publika.az

1Mənbələr