AZ

"Onu heç kim əvəzləyə bilməyəcək" - İDDİA

“Sabah”ın simasına çevrilən Boyan Letiçlə yollar ayrıldı.

Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi.

Boyan Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib. Letiç “Sabah”ın tarixində önəmli rol oynamış futbolçulardandır.

33 yaşlı müdafiəçi "tələbələr"in tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də “Sabah”ın avrokuboklarda ilk qolunun müəllifidir. Letiç “Sabah”ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Göründüyü kimi, sıradan bir oyunçu olmayıb. Təkcə "Sabah" yox, ölkəmizə gəlib-getmiş sanballı əcnəbilərdən biri buranə tərk etdi deyə bilərik.

Bu mövsüm üçün Peşəkar Futbol Liqasına sifariş edillməyən müdafiəçinin gedişi gözlənilən idi. Amma buna rəğmən həm intizamlı, istiqanlı olması, həm də bacarığı ilə qəlblərə taxt qura bilmişdi.

Əbəs deyil ki, hətta son yarım ili yaşıl meydanlardan kənarda qalsa belə, azarkeşlər onun gedişinə üzülüblər.

Emosiyalar içində buna görə klubu qınayanlar da olub:

"Heyif bu cür futbolçudan".

"Bu adam karyerasının sonuna kimi "Sabah"da oynamalı idi. Heç bir müdafiəçi onu əvəzləməyəcək".

"Niyə onun kimi cinah müdafiəçisini yolladınız?".

"Çox heyif...".

"Uğurlar, Letiç".

"Boyan çox faydalı və iş əmsalı yüksək olan oyunçu idi, maraqlıdır niyə yola salındı?".

"Heyif".

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
30
sportinfo.az

1Mənbələr