AZ

Ştegen "Barselona"dan ayrılır

style='margin-bottom:10px;'>

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen klubdan ayrılmağa hazırlaşır.

QOL.az “Football Espana”ya istinadən xəbər verir ki, futbolçu “Jirona”ya icarə əsasında keçməyə razılıq verib.

Kataloniya təmsilçisi "Jirona"nın futbolçunun cari mövsümdəki maaşının təxminən dörddə birini qarşılayacağı təqdirdə, onu icarəyə verməyə hazırdır. Bildirilir ki, keçidə əsas maneələrdən biri qapıçının uşaqlarına yaxın olmaq üçün komandada qalmaq istəyi olsa da, o, sonda bu təklifi qəbul edib.

Qeyd edək ki, 2014-cü ildən “Barselona”nın şərəfini qoruyan alman qolkiper bu müddətdə 423 oyuna çıxıb və 176 matçda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, Ştegenin hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
59
teleqraf.com

1Mənbələr