AZ

Güclü külək damın kərpic divarını maşınların üstünə aşırdı: 6 sı əzildi VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qeyri-sabit hava şəraiti bir-neçə avtomobilə zərər vurub. Avtosfer.az xəbər verir ki, Türkiyənin Əskişəhərində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.

Məlumata görə, güclü külək Yenibağlar məhəlləsi, Hacı Hüsnü küçəsində yerləşən köhnə ikimərtəbəli evin damının kərpic divarını ona bitişik avtodayanacaqdakı nəqliyyat vasitələrinin üzərinə aşırıb.

Səs-küyü eşidən sakinlər hadisə ilə bağlı polisə və xilasedicilərə məlumat veriblər.

Nəticədə xəsarət alan olmasa da, 6 avtomobillə ciddi zərər dəyib. 

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Oxunub 18

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
avtosfer.az

1Mənbələr