AZ

Tramp Putindən bezib: ABŞ lideri Ukrayna ilə bağlı bu addımı atacaq

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

“ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə getdikcə daha çox məyusluqla yanaşır və onu Ukraynada sülhə əsas maneə kimi görür”.

Globalinfo.az xəbər verir ki, “The Telegraph” nəşri bu barədə mənbələrə istinadla yazıb.

Mənbələrin bildirdiyinə görə, rus bayrağı altında üzən neft tankerinin ələ keçirilməsi və yeni sanksiya qanun layihəsinin dəstəklənməsi Tramp administrasiyasından Putinə ünvanlanan açıq mesajdır.

Başqa bir mənbə isə qeyd edib ki, Tramp rusların “iki addım irəli, bir addım geri” danışıqlar taktikasından bezib:

“Sanki razılığa hazır görünürlər, amma söhbət konkret məsələlərə gələndə ya vəziyyəti gərginləşdirirlər, ya da ümumiyyətlə danışıqları dayandırırlar.”

Bir neçə amerikalı rəsmi də nəşrə bildirib ki, Tramp administrasiyası Avropa ilə daha yaxın mövqedədir. Onların fikrincə, Putin sadəcə vaxt udmağa çalışır.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
globalinfo.az

1Mənbələr