AZ

Ukrayna və Britaniya müdafiə əməkdaşlığı üzrə yol xəritəsini imzalayıb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ukrayna və Böyük Britaniya Kiyevdə 2026-cı il üçün müdafiə əməkdaşlığı üzrə yol xəritəsi imzalayıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıqal “Telegram” hesabında məlumat verib.

“Bu gün Kiyevdə Böyük Britaniyanın müdafiə naziri Con Hili ilə birlikdə müdafiə sahəsində yüzillik tərəfdaşlığın inkişafına dair yol xəritəsini imzaladıq”, – o yazıb.

Qeyd edək ki, imzalanan sənəd hava hücumundan müdafiə, dronlar, aviasiya və uzaqmənzilli silahlar sahəsində birgə layihələri əhatə edir.

Razılaşma uzunmüddətli hərbi-texniki əməkdaşlığı gücləndirməyi və Rusiyanın hücumlarına qarşı Ukraynanın müdafiə imkanlarını artırmağı hədəfləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
2
apa.az

3Mənbələr