Bəs, danışıqlar prosesi nə yerdədi? Futbolçu özü premyer-liqa klubuna keçməkdə maraqlıdımı? “Hərbçilər” onun yevlaxlıların heyətinə cəlb olunmasına razılıq verəcəkmi?
Bu suallarla adı çəkilən oyunçuya müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Klub adı çəksəm, doğru olmaz. Ancaq həm MOİK-dən daha iddialı 1-ci liqa, həm də premyer-liqa klubundan təklif almışam. Sözün düzü, qüvvəmi elita iştirakçısında sınamaq istəyirəm. Lakin MOİK rəhbərliyi keçidimə problem yaradır. Daha dəqiqi, klubla müqaviləmin maya qədər olduğunu əsas gətirərək, keçidimə razı olmadıqlarını bildirirlər. Ümid edirəm ki, tərəflər arasında razılıq əldə olunacaq”.
KƏNAN BAHADIR