Avtobus həm istismara yararsızdır... Həm də gecikmə ilə işləyir...
Xezerxeber.az xəbər verir ki, söhbət Elmlər Akademiyası metrostansiyasından Lökbatan qəsəbəsinə sərnişin daşıyan 206 nömrəli marşrut avtobusundan gedir.
Sərnişilərin sözlərinə görə, avtobuslar istismar müddətin başa vursa da, hələdə işləyir.
Onlar iddia edir ki, hətta bəzən avtobusda yaranan nasazlıq təhlükəli vəziyyət də yaradıb.
İddialarla bağlı daşıyıcı şirkətlə əlaqə saxladıq. Şirkətdən "Xəzər Xəbər"ə bildirdilər ki, yeni tender keçirilib və başqa daşıyıcı şirkət tenderin qalibi olub. Yaxın zamanlarda daşımanı həmin şirkət həyata keçirəcək.
Yerüstü Nəqliyyat Agentliyidən də bildirildi ki, nizamlı fəaliyyətin olmaması səbəbindən 206 nömrəli marşrut xətti bir müddət əvvəl müsabiqəyə çıxarılıb və qalib açıqlanıb. Yaxın zamanlarda marşrut xətti üzrə yeni avtobuslar fəaliyyətə başlayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.