AZ

Rusiyadan Azərbaycana uça bilməyən sərnişinlərin problemi həll edilib?VİDEO

Uçuş təxirə salındı, 6 saat hava limanında qaldılar.

Azərbyacanlı sərnişinlər Rusiyanın hava limanında çətin anlar yaşayıblar. Rusiyanın paytaxtı Moskvanın Vnukovo hava limanında Bakıya uçuşlarını gözləyən azərbaycanlılar çıxılmaz vəziyyətlə üzləşiblər.

Bu barədə aeroportda qalan soydaşlarımızdan biri “Xəzər Xəbər”ə danışıb.

Bahar Quluzadənin sözlərinə görə, gecə saat 23 radələrində baş tutacaq təyyarə reysi ləğv olunduğu üçün saatlarla gözləməli olublar.

Sərnişin deyib ki, yalnız səhər uçuş bərpa olub. Sərnişinlərin bir hissəsi Bakıya gətirilib.

Bəzi sərnişinlərin iddiasına görə, onlara aldıqları biletlərin batdığı deyilib və yenidən bilet almaları tələb olunub.

Bəs, problemə səbəb nə olub?

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
63
xezerxeber.az

1Mənbələr