İranın ali rəhbəri Əli Xamenei paytaxt Tehranda və ölkənin digər şəhərlərində etiraz aksiyasına çıxanların bəzilərinin ABŞ Prezidenti Donald Trampın "işinə yarımağa" çalışmaqda ittiham edib.
Publika.az xəbər verir ki, Xamenei bu barədə özünün "X" hesabında yazıb:
"Dünən axşam Tehranda və bir sıra şəhərlərdə dağıdıcılığa meyilli insanlardan ibarət qrup ABŞ Prezidentinin işinə yarmaq və onu xoşbəxt etmək üçün öz ölkələrinə məxsus binaları dağıdıblar".
Xamenei xatırladıb ki, ABŞ Prezidenti "əgər İran hökuməti onu etsə, bunu etsə, qiyamçıların tərəfində olacağam" deyib.