ABŞ Karib dənizində daha bir neft tankerini ələ keçirdiyini açıqladı
ABŞ ordusunun bu səhər Karib dənizində üzən daha bir neft tankerini ələ keçirdiyi bildirilir. ABŞ Cənub Komandanlığı (SOUTHCOM) ABŞ-da yerləşən bir şirkətə məxsus sosial media platformasında bir bəyanat yayıb.
Bəyanatda deyilir: "Bu səhər birgə qurumlararası qüvvələrimiz daha bir aydın mesaj göndərdi: 'Cinayətkarlar üçün təhlükəsiz sığınacaq yoxdur'."
Məlumata görə, səhər əməliyyatı zamanı USS Gerald R. Ford dəniz piyadaları Karib dənizində "Olina" neft tankerini hadisəsiz ələ keçiriblər.
Bəyanatda qeyd olunur ki, bu tip ələ keçirmələr USS Iwo Jima, USS San Antonio və USS Fort Lauderdale birgə qüvvələri tərəfindən dəstəklənir və Qərb yarımkürəsində təhlükəsizlik bərpa olunana qədər davam edəcək.
Bəyanatla paylaşılan videoda ABŞ əsgərlərinin gəmiyə vertolyotla eniş etdiyi və axtarış apardığı göstərilir.
ABŞ əvvəllər iki neft tankerinin - Şimali Atlantik Okeanında Rusiyada qeydiyyatdan keçmiş "Bella 1" və Karib dənizində başqa birinin ələ keçirildiyini elan etmişdi.
"Olina"nın ələ keçirilməsi ilə ABŞ artıq Venesuelanın neft paylanmasını hədəf alan sanksiyalar altında beşinci gəmisini ələ keçirib.
aia.az
Tərcümə şöbəsi