AZ

Vacib şəxslər Venesuelaya gəldi: Nə baş verir?

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Nikolas Maduronun vəzifədən uzaqlaşdırılmasından sonra ilk dəfə Venesuelaya səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN kanalı amerikalı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamentinə məxsus “Dash 8-300” təyyarəsi Kurasao adasının inzibati mərkəzi Vilemstaddan havaya qalxaraq Karakasda eniş edib. Səfər ABŞ-ın Karakasdakı səfirliyinin fəaliyyətini bərpa etmək niyyətini və Vaşinqtonun Venesuelada diplomatik iştirakını yenidən qurmaq istəyini nümayiş etdirir.

Rəsminin sözlərinə görə, Kolumbiyada yerləşən Venesuela üzrə idarənin diplomatik və təhlükəsizlik əməkdaşları, eləcə də ABŞ-ın Kolumbiyadakı müvəqqəti işlər vəkili Con Maknamara Karakasa səfirliyin fəaliyyətinin mərhələli şəkildə bərpası imkanlarını qiymətləndirmək məqsədilə gəliblər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
globalinfo.az

1Mənbələr