“Ölkə çempionatı kifayət qədər maraqlı keçir”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında yunan-Roma güləşçisi İslam Abbasov deyib.

87 kq çəki dərəcəsində ölkə çempionu olan idmançı yarışla bağlı fikirlərini bölüşüb:

"Burada yığma komandanın heyəti müəyyən olunurdu. Həmçinin bu yarış qarşıdakı dünya və Avropa çempionatlarına hazırlıq məqsədi daşıyırdı. Mən də öz növbəmdə iştirak etdim və çempion oldum. Yaxın zamanda bizim təlim-məşq toplanışımız başlayacaq. Ümid edirəm ki, qarşıdan gələn yarışlarda da uğurlu çıxış edəcəyəm”.

Abbasov yarışın rəqabətli keçdiyini də bildirib:

“Hiss olunur ki, artıq azarkeşlərin sayı da artıb. Komanda heyəti çıxış etdiyinə görə deyə bilərəm ki, bütün çəki dərəcələrində rəqabət var idi. Bu da çempionata xüsusi rəng qatırdı”.

Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.