AZ

Sərxoş piyada yola uzandı, sürücü üzərindən keçdi: Kim məsuliyyət daşıyır?

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Yolda müxtəlif nəqliyyat hadisələri baş verə bilər və bu halda, təbii ki, hadisənin baş verməsində nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti qaydalarını pozub-pozmaması hüquqi çərçivədə araşdırılmalıdır".Bunu Demokrat.az-a açıqlamasında vəkil Vamiq Şükürov deyib. O, bildirib ki, əgər sürücü sürət həddinə əməl edib, yol nişanlarını və işarələrini düzgün izləyibsə, qoşa xətti tapdalayaraq keçməyibsə və dönmə, manevr qaydalarına, həmçinin svetaforun göstərişlərinə riayət edibsə, lakin hadisə ondan asılı olmayan səbəblərdən baş veribsə, onun məsuliyyəti yoxdur:"Amma əgər sürət həddini aşması, yol hərəkəti qaydalarını pozması və ya digər pozuntular nəticəsində başqa şəxs xəsarət alıbsa, bu zaman o cinayət məsuliyyəti daşıyır".Qeyd edək ki, ötən gün sərxoş vəziyyətdə yolun hərəkət hissəsində uzanan 23 yaşlı şəxs, 39 yaşlı şəxsin idarə etdiyi avtomobil tərəfindən görülməyərək vurulub və ölüb.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
demokrat.az

1Mənbələr