AZ

Paytaxtda yaşlı qadını avtomobillə vuraraq qaçan şəxs kimdir?VİDEO

Yaşlı qadını avtomobili ilə vurub, hadisə yerindən qaçdı.

Xezerxeber.az xəbər verir ki, Bakıda daha bir şəxs yol qəzasının qurbanı olub. Hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 80A ünvanınında baş verib.

Sabunçu Tibb Mərkəzindən bildirildi ki, avtomobilin vurduğu qadın saat 20:00 radələrində sözügedən tibb müəssisəsinə hospitalizasiya olunub. Pasiyentə qapalı kələ-beyin travması, baş-beyinin silkələnməsi, ikitərəfli döş qəfəsi qabırğalarının sınığı diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirərinə baxmayaraq, şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, ötən gün saat 18 radələrində paytaxtın Nizami rayonu Qara Qarayev prospektində piyada vurması ilə nəticəənən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində xəsarət alan piyada xəstəxanada ölüb. Qəzanı törədərək hadisə yerindən yayınan "Subaru" markalı avtomobilin 25 yaşlı sürücüsü isə polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
15
xezerxeber.az

1Mənbələr