AZ

Rusiyaya qarşı hazırlanmış sanksiya paketi ölkə iqtisadiyyatına hansı zərbəni vuracaq? – AÇIQLAMA

“Hazırda Rusiyaya növbəti sanksiya paketi hazırlanır. 2022-ci ildən Rusiyaya 12-ə yaxın sanksiya tətbiq olunmağına baxmayaraq bu, Rusiya iqtisadiyyatına böyük zərərlər vurmur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib.

 

Onun sözlərinə görə, Rusiya bəzi hallarda sanksiyalarla mübarizə üçün digər ölkələrlə xarici ticarət əlaqələrini həyata keçirir: “Bu ölkələrdən biri də Ermənistandır. 2022-ci ilə qədər Ermənistanın xarici ticarət dövriyyəsində və ümumdaxili məhsulda iki dəfə artım müşahidə edirik. Bu da onu deməyə əsas verir ki, Rusiya Ermənistandan sanksiyaları aşmaq üçün istifadə edir. Cənab Prezident İlham Əliyev də müsahibəsində bunu vurğulayıb. Bəzi Avropa ölkələri də bundan məlumatlı olsalar da, göz yumurlar. Tətbiq olunan sanksiyalar tam effektiv olmur, təsirlərini tam göstərmir. Lakin bununla yanaşı, Rusiya iqtisadiyyatında inflyasiya yüksəlib, ciddi tənəzzülə məruz qalır. Bəzi təbii resurslar Rusiyanı ayaqda saxlamağa imkan verir. Bu sanksiyalarda daha ciddi tələblər və izləmələr olarsa, gələcəkdə Rusiya iqtisadiyyatına mənfi təsirlərini artıra bilər”.

 

Qeyd: ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan iki partiyanın dəstəyi ilə hazırlanmış yeni qanun layihəsini dəstəkləyib. ABŞ senatoru Lindsi Qrem bildirib ki, yeni sanksiyalar Rusiyanın enerji daşıyıcılarının ixracından əldə etdiyi gəlirlərin azaldılmasına yönəlib.

 

Şəhanə Quliyeva

Tarix: 9 Yanvar 2026, 20:13   
Seçilən
32
pravda.az

1Mənbələr