Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakının Sabunçu rayonunda ata və oğul arasında mübahisə cinayətlə nəticələnib. Demoktrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 30-da Sabunçu qəsəbəsi, Nikolay Baybakov küçəsində yerləşən səhiyyə ocaqlarından birində baş verib. Gədəbəy rayon sakini, 1996-cı il təvəllüdlü Əfsən həmin gün saat 13:15-də yerləşən xəstəxananın əsas korpusunun 4-cü mərtəbəsində boş palatada atası Nadirin (adlar şərtidir – red.) onun boğazından tutması səbəbindən aralarında münaqişə yaranıb. Mübahisə zamanı Əfsən qəsdən atasının barmağını dişləyib, əlində olan çanta ilə üz nahiyəsindən bir neçə dəfə vurub. Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən ata oğlunu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.